Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da fəaliyyət göstərən “Nar” GSM laboratoriyasında təlim keçirilib

AzTU-da fəaliyyət göstərən “Nar” GSM laboratoriyasında təlim keçirilib

09.06.2023     289     AzTU

Ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə mobil operator “Nar” Azərbaycan Texniki Universitetində (AzTU) mütəmadi olaraq təlimlər həyata keçirir. Bu dəfə təlim AzTU nəzdində fəaliyyət göstərən “Nar” GSM laboratoriyasında keçirilib. 

Xüsusi bilik və bacarıqları ilə seçilən tələbələr üçün nəzərdə tutulan təlimin mövzusu mobil rabitənin təminatı ilə yanaşı, 5-ci nəsil mobil texnologiya, əşyaların interneti, cihazlararası bağlantı və müasir rabitə texnologiyalarının tətbiq sahələrini əhatə edib. 

“Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanan təlimlərin məqsədi tələbələrin işi icraçılarından öyrənməsi və təcrübi biliklərin universitet tələbələri ilə paylaşılmasıdır. Eyni zamanda, tələbələr gələcək karyeraları haqqında bilmək istədiklərini “Nar” texniki heyətindən birbaşa öyrənmək imkanı əldə edir. 

Qeyd edək ki, “Nar” və AzTU arasında əməkdaşlıq artıq 10-cu ildir ki, uğurla davam edir. 2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumu əsasında AzTU nəzdində “Nar” GSM laboratoriyası tələbələrin mobil rabitə cihazlarını universitetdə öyrənməklərinə imkan yaradır.


Digər xəbərlər