Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da gender bərabərliyinə həsr olunan tədbir keçirilib

AzTU-da gender bərabərliyinə həsr olunan tədbir keçirilib

02.11.2023     101     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkərlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Gender bərabərliyi və qadın azadlığı" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva Azərbaycanda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində məqsədyönlü işlər aparıldığını bildirib. Qeyd edib ki, son illər dövlət qurumlarında, ölkənin ictimai-siyasi həyatında təmsil olunan qadınların sayının artması bu məsələnin hər zaman dövlətin diqqət mərkəzində olduğunun bariz nümunəsidir. Mehriban Abdullayeva müsəlman Şərqində ilk dəfə məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına seçmək və seçilmək hüququnun verildiyini də xatırladıb.

Daha sonra dünyanın müxtəlif ölkələrində gender bərabərliyi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir sual-cavab formatında davam etdirilib.


Digər xəbərlər