Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da narkomanlığa qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

AzTU-da narkomanlığa qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

27.04.2022     193     Arxiv

Azərbaycan Texniki Universitetində (AzTU) “Miqrasiya sahəsinin inkişafı” İctimai birliyinin təşkilatçılığı ilə narkomanlığa qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun baş məsləhətçisi Şahin İsmayılov beynəlxalq və regional səviyyədə narkotiklə mübarizə yolları və onun müalicəsi barədə çıxış edib. O, narkotik asılılığın sosial səbəbləri barədə ətraflı məlumat verib. Narkotikin cəmiyyətə vurduğu zərərdən danışan Şahin İsmayılov ailələrin bu məsələyə daha həssas yanaşmalı olduğunu qeyd edib.

Tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədləri tələbələrin diqqətinə çatdırılıb. Gənclərin “ağ ölüm”ə qarşı mübarizə istiqamətində mütəmadi maariflənməsinin vacibliyi qeyd olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.


Digər xəbərlər