Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da qanvermə aksiyası keçirilib

AzTU-da qanvermə aksiyası keçirilib

10.03.2017     229     Arxiv

 

Azərbaycan  Respublikasının  Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı  ilə  hər ilin 10 mart  tarixi  Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. Bu xeyriyyə aksiyasının keçirilməsində əsas məqsəd  talassemiyalı  və  hemofiliyalı  xəstələrə  yardım  etməkdən  ibarətdir.

Hər il olduğu kimi bu il də martın 10-da Azərbaycan Texniki Universitetində qanvermə aksiyası keçirilib. Universitetdə fəaliyyət göstərən bütün işçilər, o cümlədən  tələbələr  qana ehtiyacı olan insanlara  kömək məqsədilə könüllü olaraq qan veriblər. Qanvermə  aksiyasında  iştirak  edənlər müayinədən keçirilib, qan analizi  götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilərək qan götürülüb. Qan verən iştirakçılar daha sonra kofe və şirniyyat süfrəsinə dəvət olunublar.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən  əziyyət çəkənlər üçün istifadə olunacaq.

Aksiya tədbirində iştirak edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov, Tədris hissə müdiri Zəkay Şayev, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov və Azərbaycan Qızıl Aypara Cəmiyyəti icra katibi Ceyhun  Mirzəyev  çıxışlarında aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini bildirərək qan verən  universitet əməkdaşlarına, tələbələrə tədbirdə fəal iştirak etdiklərinə görə  təşəkkür ediblər.

Aksiya çərçivəsində AzTU-nun tələbələri Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarına gül dəstələri qoyublar.

            

            

           

 

 

           

          

                            

 

 

 

 

 

 


Digər xəbərlər