Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da "TEKNOFEST-2023"lə bağlı infosessiya keçirilib

AzTU-da "TEKNOFEST-2023"lə bağlı infosessiya keçirilib

16.11.2022     371     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) "Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polatın iştirakı ilə "TEKNOFEST-2023" festivalı ilə bağlı infosessiya keçirilib.
AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli universitetin tələbələrinin "TEKNOFEST"də iştiraka xüsusi önəm verdiyini deyib. Bu ilin mayında ölkəmizdə keçirilən "TEKNOFEST Azərbaycan" festivalına universitetin 20 komandasının qatıldığını deyən prorektor onlardan 6-nın finala yüksəldiyini və 2-nin qalib olduğunu bildirib. Nurəli Yusifbəyli AzTU tələbələrini növbəti "TEKNOFEST" festivallarında da həvəslə iştirak etməyə dəvət edib.

Daha sonra "Bilim Bakı" mərkəzinin rəhbəri Yusuf Polat çıxış edib. O, tələbələrə "TEKNOFEST-2023" haqqında ətraflı məlumat verib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, bu il Türkiyənin İstanbul, İzmir və Ankara şəhərlərində keçiriləcək "TEKNOFEST-2023" festivalına qeydiyyat noyabrın 20-də yekunlaşacaq.


Digər xəbərlər