Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Ulu Öndərin 100 illiyi və Zəfər Gününə həsr olunan turnirin bağlanış mərasimi keçirilib

AzTU-da Ulu Öndərin 100 illiyi və Zəfər Gününə həsr olunan turnirin bağlanış mərasimi keçirilib

06.11.2023     303     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tələbə, müəllim və əməkdaşlar arasında keçirilən turnirə yekun vurulub.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.  

Turnirin bağlanış mərasimində çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev komandaları təbrik edib. Universitetdə idmanın, bədən tərbiyəsinin inkişafının hər zaman diqqətdə saxlanıldığını deyən rektor bununla bağlı müxtəlif yarışların, spartakiadaların keçirilməsinin təqdirəlayiq addım olduğunu deyib. İştirakçılara gələcək yarışlarda uğurlar arzulayan rektor idmanın insan sağlamlığında mühüm əhəmiyyətindən də danışıb.  

Daha sonra təltifetmə mərasimi olub.

Tələbələr arasında keçirilən yarışlarda İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin, müəllim və əməkdaşlar arasında keçirilən yarışlarda isə Maliyyə və təminat departamentinin komandası ümumi komanda hesabında birinci yerə layiq görülüb.

Sonda qalib komandalara diplom, medal və kubok təqdim olunub.

Qeyd edək ki, 18 gün davam edən turnirdə tələbələr arasında 7 (basketbol, voleybol, dama, şahmat, stolüstü tennis, sərbəst güləş, futzal), müəllim və əməkdaşlar arasında isə 5 idman növü (voleybol, dama, şahmat, stolüstü tennis, futzal) üzrə yarışlar keçirilib.


Digər xəbərlər