Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

24.02.2017     213     Arxiv

Fevralın 24-də Azərbaycan Texniki Universitetində Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.Əvvəlcə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimi ilk çıxışı ilə açan AzTU-nun rektor əvəzi Xalıq Yahudov XX əsrin faciəsi olan Xocalı soyqırımının  heç vaxt unudulmadığını və dünyanın bir çox ölkəsində bu faciənin soyqırımı kimi tanındığını bildirib. Rektor həmin faciədə Xocalı  Aeroportunun  müdafiəsində  həlak  olan Milli  Qəhrəmanlar  Hikmət  Nəzərli  və  Elçin  Quliyevin  AzTU-nun məzunları olduğunu vurğulayıb.

Daha sonra universitetin “İctimai fənlər” kafedrasının baş müəllimi Arif İbrahimov faciənin tarixi faktlarına nəzər salaraq bildirib ki,1992-ci  il  fevral  ayının 25-dən 26-na  keçən  gecə  erməni  cəlladları  Sovet  ordusunun  Xankəndindəki  366-cı  motoatıcı  alayının  tabor  və  bölmələrinin  hərbi  yardımı, 100-ə  yaxın  zirehli  texnikasının  və  şəxsi  heyətlərinin  bilavasitə  iştirakı  ilə  Əskəran  və  Xankəndi  arasındakı  Xocalı  şəhərini  yerlə  yeksan  etdilər. Bu soyqırım  nəticəsində  613  Xocalı  sakini  öldürülmüş, 487  nəfər  əlil  olmuş, 1275  nəfər  girov  götürülmüşdür. Ölənlər  arasında  63  uşaq,  106  qadın,  70  nəfər  qoca var  idi. 8  ailə  tamamilə  məhv  edilmiş, 23 uşaq  hər  iki  valideynini, 130 uşaq  isə  bir  valideynini  itirmiş, 150  nəfərin  isə taleyi  bu  günə qədər də  məlum  deyil.

Tədbirdə iştirak edən Xocalı sakini, Xəzər rayon İcra nümayəndəsi İman Allahverdiyev və faciənin canlı şahidi  Nazim Hüseynov həmin günlərdə baş verən qanlı faciələri bir-bir yada salaraq qeyd ediblər ki, düşmən  tanklarının  altında  qalıb məhv edilən  qocaların,  erməni  süngüsünə  keçirilən  südəmər  körpələrin,  əsirlikdə  döyülən,  söyülən, təhqir edilən azərbaycanlıların fəryadı cavabsız  qalmayacaqdır.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film və tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdən sonra universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrın Xocalı soyqırımına həsr olunmuş rəsmləri universitetin foyesində nümayiş olunub.


            

           

                 

                

        





Digər xəbərlər