Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə” mövzusunda seminar keçirilib

AzTU-da “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə” mövzusunda seminar keçirilib

31.10.2023     348     AzTU

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçirilib.

Seminardan əvvəl AzTU rəhbərliyi və Milli Hidrometeorologiya Xidmətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Horizon Europe” proqramı çərçivəsində əməkdaşlıq, birgə layihələr, təlim xidmətləri və s. məsələlər müzakirə olunub.

Seminarı giriş sözü ilə açan elm və innovasiyalar üzrə prorektor professor Sübhan Namazov tədbirin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən tədris işləri üzrə prorektor professor Nurəli Yusifbəyli seminarın mövzusunun aktuallığı barədə iştirakçılara məlumat verib.   

Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov iqlim dəyişmələri, karbonsuzlaşma, istilik effekti yaradan qaz emmisiyaları haqqında danışıb.  

Seminarda xidmətin əməkdaşları “Nəqliyyat sektorunda atılan istilik effekti yaradan qazlar və onların azaldılması”, “Fəlakət riskini azaltmaq üçün Sendai çərçivəsi”, “Hidrometroloji məlumatlar” mövzularında geniş təqdimatla çıxış ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb. Həmçinin fərqlənən tələbələrə təşəkkürnamə təqdim edilib. 


Digər xəbərlər