Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşı Antalyada beynəlxalq konfransda iştirak edib

AzTU əməkdaşı Antalyada beynəlxalq konfransda iştirak edib

03.12.2023     225     AzTU

Türkiyənin Antalya şəhərində “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” mövzusunda beynəlxalq konfrans keçirilib.

Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) təşkil etdiyi konfransda Azərbaycan Texniki Universitetini (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) Təlim və tədqiqat xidmətləri şöbəsinin müdiri Lamiyə Miryaqubova təmsil edib.

Dünyanın müxtəlif ölkələrindən 500-ə yaxın nümayəndənin iştirak etdiyi konfransın panel və sessiyalarında süni intellektin kitabxanalara təsiri və tətbiqi, akademik kitabxanlarda inkişaf və yeniliklər, informasiyanın davamlılığı, verilənlər bazalarından istifadə, yeni texnoloji yeniliklərin tətbiqi və s. mövzularda çıxışlar olub.

Konfrans çərçivəsində AzTU əməkdaşı “IEEE”, “Elsevier”, “EndNote”, “Wiley”,  “EBSCO İnformation Services”, “Springer Nature”, “Edward Elgar” və s. şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə AzTU KİM ilə yeni əməkdaşlıq əlaqələrinin qurulması haqqında faydalı müzakirələr aparılıb.


Digər xəbərlər