Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşları Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisində iştirak edib

AzTU əməkdaşları Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisində iştirak edib

02.11.2023     328     AzTU

ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev 100 illik yubiley kitab sərgisi: Fədakarlıq, Liderlik və İlham dolu əsrin təntənəsi" adlı kitab sərgisi keçirilib.

Sərgidə Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi (KİM) və Yüksək Təhsil İnstitutunun (YTİ) əməkdaşları iştirak edib, həmçinin Energetika və avtomatika fakültəsinin tələbələri Əli Xəlilov və Sübhan Şıxmuradovun hazırladığı startaplar nümayiş olunub.

Sərginin keçirildiyi 3 gün ərzində AzTU-nun stendində ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbiyyatlar nümayiş olunub. Eyni zamanda AzTU-nun professor-müəllim heyətinin müəllifi olduğu nəşrlər də sərgi iştirakçılarına təqdim edilib.

Sərgi çərçivəsində təşkil olunan beynəlxalq sessiyada KİM-in əməkdaşı, Qlobal DOİ Agentliyi olan “Crossref”in Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov çıxış edib. Çıxış zamanı təşkilatın xidmətləri, üzvlük prosesi, DOİ qeydiyyatı və digər zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.


Digər xəbərlər