Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

07.12.2023     269     AzTU

Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub.

Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-nun beynəlmiləlləşməsi istiqamətində müxtəlif ölkələr, o cümlədən Özbəkistanın texniki ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb.

Camşid Abdunazarov təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlər haqqında geniş məlumat verib.

Görüşün sonunda hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.


Digər xəbərlər