Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

09.06.2023     345     AzTU

AzTU-nun  Elmi şurasının növbəti iclası keçirilib. İclasda AzTU-nun prioritet elmi istiqamətləri barədə məsələ müzakirə olunaraq, müasir dövrün tələblərinə uyğun elmi-tədqiqat mövzularının müəyyən edilməsi ilə bağlı tapşırıqlar verilib. Bundan başqa, ixtisas kafedralarında keyfiyyətli kadr hazırlığına nail olmaq üçün “ixtisas rəhbəri” pilot layihəsinin həyata keçirilməsi ilə bağlı məsələ müzakirələrdən sonra qəbul edilib.

İclasda AzTU-nun bir sıra strukturlarında təkmilləşdirilmə ilə bağlı məsələlərə də baxılıb. Mexatronika və maşın dizaynı kafedrasının adı dəyişdirilərək Maşın dizaynı və sənaye texnologiyaları adlandırılıb. Avtomatika və idarəetmə kafedrası isə yenidən təşkil olunaraq Mexatronika kafedrası adlandırılıb və Alman mühəndislik fakültəsinin tərkibinə daxil edilib. İclasda 2022-ci ildə fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olan iddiaçıların mövzuları və elmi rəhbərləri təsdiq olunub. Həmçinin Xarici dillər kafedrasında ingilis dili tədrisini aparacaq müəllimlərin qəbulu üzrə Seçki Qaydaları da müzakirələrdən sonra şura üzvləri tərəfindən təsdiq edilib.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.  


Digər xəbərlər