Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun Kibertəhlükəsizlik İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

AzTU-nun Kibertəhlükəsizlik İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

03.03.2023     375     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik İnstitutunun böyük elmi işçisi, texnika üzrə fələsəfə doktoru Emin Hüseynov “Sənaye 4.0/5.0 üçün Avtomatlaşdırma, Robototexnika və Rabitə üzrə 3-cü Qış Konfransı”na iki elmi məqalə təqdim edib (The 3rd IFSA Winter Conference on Automation, Robotics & Communications for Industry 4.0/5.0, ARCI' 2023).

Dünyanın müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların və sənaye liderlərinin iştirak etdiyi konfransda sənaye üçün avtomatlaşdırma, robototexnika və rabitə texnologiyaları sahəsində ən son nailiyyətlər müzakirə olunub.

Emin Hüseynovun məqaləsində FIDO (Fast Identity Online) adlanan yeni növ autentifikasiya texnologiyasında təhlükəsizlik boşluqları analiz edilib. FIDO texnologiyasında istifadəçi kimliyini yoxlamaq üçün açıq açarlı kriptoqrafiyadan istifadə edilir. Onun araşdırmaları göstərib ki, FIDO təhlükəsizlik açarları ənənəvi parollarla müqayisədə bir sıra potensial üstünlüklər və faydalar təqdim edir, eyni zamanda xeyli risklər daşıyır. Həmçinin bu texnologiya müxtəlif növ fişinq və zərərli proqram hücumlarına qarşı həssasdır.

Konfrans zamanı Emin Hüseynov daha geniş kibertəhlükəsizlik mənzərəsi üçün tədqiqatının potensial təsirləri və faydalarını diqqətə çatdırıb. O, eyni zamanda autentifikasiya və kimlik yoxlanılmasına daha əhatəli yanaşmanın zəruriliyini əsaslandırıb.

 


Digər xəbərlər