Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Murad Məmmədovun doğum günüdür

AzTU-nun məzunu, Vətən müharibəsi şəhidi Murad Məmmədovun doğum günüdür

07.12.2022     255     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Murad Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub.  O, 2013-2018-ci illərdə AzTU-nun elektroenergetika mühəndisliyi ixtisasında təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Murad Məmmədov hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra “Azərişıq” ASC-də mühəndis vəzifəsində işləyib. Qardaşının Vətən müharibəsində iştirak etməsinə baxmayaraq o özü də könüllü olaraq müharibədə iştirak üçün müraciət edib.

Murad Məmmədov oktyabrın 25-də Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Murad Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 


Digər xəbərlər