Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professor-müəllim və tələbə heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" abidəsini ziyarət ediblər

AzTU-nun professor-müəllim və tələbə heyəti Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" abidəsini ziyarət ediblər

26.02.2017     208     Arxiv

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilən ümumxalq yürüşündə Azərbaycan Texniki Universitetinin  professor-müəllim və tələbə heyəti də iştirak edib.

AzTU-nun professor-müəllim və tələbə heyəti Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana Fəryadı" abidəsini ziyarət edib və abidənin önünə qərənfil dəstələri qoyublar.İştirakçılar insanlığa qarşı törədilmiş bu cinayət qurbanlarının əziz xatirəsini  ehtiramla yad ediblər.

Paytaxtın Azadlıq meydanından başlayan  ümumxalq yürüşündə universitetin 500-dən çox müəllim, tələbə və əməkdaşı iştirak edib.

Ümumxalq yürüşünün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

                   

            

           



Digər xəbərlər