Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun professoru Türkiyədə və Şimali Kipr Türk Respublikasında beynəlxalq konfranslarda çıxış edib

AzTU-nun professoru Türkiyədə və Şimali Kipr Türk Respublikasında beynəlxalq konfranslarda çıxış edib

11.05.2023     216     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Türkiyənin Bursa Uludağ Universitetində keçirilən  “Azərbaycan-Türkiyə. Bir  millət, iki dövlətin yenilməzlik fəlsəfəsi” mövzusunda beynəlxalq konfransda iştirak edib. Əyyub Kərimov konfransda “Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda çıxış edib.

AzTU professoru həmçinin Şimali Kipr Türk Respublikasında keçirilən “İqtisadiyyat və Sosial Elmlər üzrə Doqquzuncu Beynəlxalq konfransda  (E&SS 2023)” iştirak edərək “Ümummilli lider Heydər Əliyevin təhsil siyasəti və onun əsas xüsusiyyətləri”  mövzusunda çıxış edib.

Çıxışlar zamanı Əyyub Kərimov ulu öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolundan, ölkənin inkişafı istiqamətində misilsiz xidmətlərindən danışıb. 

 


Digər xəbərlər