Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüb

AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüb

07.02.2023     338     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyətinin üzvləri ilə görüşüb.

Rektor AzTU TGT-nin “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsi münasibətilə təşkilat üzvlərini təbrik edib. Bildirib ki, bu uğur təşkilatın hər bir üzvünün əməyinə verilən qiymətdir. Bu həm də təşkilat üzvlərinin komanda şəklində işləmə bacarığının olmasına bariz nümunədir. Daha sonra rektor TGT-nin İdarə Heyətinin hər bir üzvü ilə yaxından tanış olub, onların dərsləri ilə maraqlanıb, həmçinin təkliflərini dinləyib.

TGT sədri Eyvaz Məhəmmədli son bir il ərzində təşkilatın gördüyü işlər, hədəflər və gözləntilər haqqında rektora məlumat verib. Görüşdə təşkilatın həyata keçirəcəyi yeni layihələr barədə də fikir mübadiləsi aparılıb.


Digər xəbərlər