Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun şəhid məzunlarının doğum günüdür

AzTU-nun şəhid məzunlarının doğum günüdür

29.06.2022     217     AzTU

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları - Kamran İsgəndərli və Cavid Bayramovun doğum günüdür.

Kamran İsgəndərli 1997-ci il iyunun 29-da Cəlilabad rayonunda anadan olub. N. Gəncəvi adına 1 saylı məktəbdə orta təhsil alıb. 2015-2019-cu illərdə AzTU-da İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasına yiyələnib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.  Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Cavid Bayramov 1997-ci il iyunun 29-da Bakıda anadan olub. Orta təhsilini Bakı şəhər 93 saylı məktəbdə alıb.  2014-2018-ci illərdə AzTU-da Nəqliyyat və logistika fakültəsinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasına yiyələnib. Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Cavid Bayramov 2020-ci ilin oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ''Vətən uğurunda'' və ''Cəbrayılın azad olunmasına görə'' medalları ilə təltif olunub. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!



Digər xəbərlər