Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun tələbəsi, şəhid Cəmil Məmmədlinin doğum günüdür

AzTU-nun tələbəsi, şəhid Cəmil Məmmədlinin doğum günüdür

28.07.2022     202     AzTU

                 

28 iyul Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhid olan tələbəsi Məmmədli Cəmil Habil oğlunun doğum günüdür.

AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin tələbəsi, şəhid Cəmil Məmmədli 1999-cu ilin bu günü İsmayıllı rayonunda anadan olub. 2016-2020-ci illərdə AzTU-da təhsil alıb. Təhsil aldığı dövrdə universitetin ictimai həyatında fəallığı ilə seçilib. Müəllim və tələbə yoldaşlarının yaddaşında vətənpərvər bir insan kimi qalan Cəmil Məmmədli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə yollanıb. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Cəmil Məmmədli oktyabr ayının 14-dən 15-ə keçən gecə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamları ilə Cəmil Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Digər xəbərlər