Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun yeni prorektoru kollektivə təqdim olunub

AzTU-nun yeni prorektoru kollektivə təqdim olunub

22.08.2022     521     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilən Fariz Mustafayev kollektivə təqdim olunub. Fariz Mustafayevi kollektivə təqdim edən Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev onun bu vəzifədə böyük təcrübəsinin olduğunu xüsusi qeyd edib. Bildirib ki, ali təhsil müəssisələrində daxili nizam-intizamın yüksək səviyyədə saxlanılması üçün ümumi işlər üzrə prorektorun üzərinə böyük məsuliyyət düşür.

AzTU-nun rektoru Vilayət Vəliyev də ümumi işlər üzrə prorektor vəzifəsinə yeni təyin olunan Fariz Mustafayevi təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.  

Öz növbəsində Fariz Mustafayev ona göstərilən etimada görə təşəkkürlərini bildirib.

  

 



Digər xəbərlər