Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU "Kibergigiyena" platformasından aktiv istifadəyə görə təltif olundu

AzTU "Kibergigiyena" platformasından aktiv istifadəyə görə təltif olundu

18.11.2022     448     AzTU

 

Azərbaycan Texniki Universiteti (AzTU) "Kibergigiyena" platformasından aktiv istifadəyə görə təşəkkürnamə ilə təltif olunub.

Məlumat üçün bildirək ki, "Kibergigiyena" layihəsinin (https://kibergigiyena.az/) təlimlərində AzTU-nun insan resursları, maliyyə, beynəlxalq əlaqələr, karyera, dekanlıqlar, kafedralar və digər strukturlarını təmsil edən 100-ə yaxın əməkdaş iştirak edib. Onlar təlimin üç mərhələdə keçirilən test imtahanlarını yüksək nəticələrlə başa vurublar.

Təlimlərdə kibertəhlükəsizlik tələbləri və qaydaları, kibertəhlükəsizlik sahəsində standartlar və ən yaxşı təcrübələr, kiberdünyada təhlükəsiz fəaliyyət üçün faydalı təlimat və tövsiyələr, müasir yanaşmalar və həllər təqdim olunub.

Qeyd edək ki, AzTU bu layihədə iştirak edən ilk ali məktəbdir.   

Xatırladaq ki, "Kibergigiyena" platforması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “B.EST Solutions” MMC arasında imzalanan üçtərəfli müqavilə çərçivəsində yaradılıb.


Digər xəbərlər