Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektorunun Belçikaya səfəri davam edir

AzTU rektorunun Belçikaya səfəri davam edir

14.12.2022     360     AzTU

 

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+” proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Belçikada yerləşən “EFMD Global” qurumuna təşkil olunan səfər davam edir. AzTU-nun rektoru Vilayət Vəliyev, ümumi işlər üzrə prorektor Fariz Mustafayev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah səfərdə iştirak edir.

Səfərin növbəti günü Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyində görüş keçirilib. Qonaqları qarşılayan Kommunikasiya sektorunun müdiri Wim Vansteenkiste onlara qurum haqqında ətraflı məlumat verib.

Daha sonra layihə məsləhətçisi Lucia Giannini “Ali təhsildə potensialın gücləndirlməsi” mövzusunda çıxış edib.

Avropa Komissiyasının siyasət üzrə mütəxəssisi Kinga Bereza-Husak isə “Erasmus+” layihələrinin Azərbaycan üçün əhəmiyyəti, nəzərdə tutulan fəaliyyətlər barədə iştirakçıları məlumatlandırıb.  

Görüşün sonunda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

 “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin meneceri Gülşən Bayramova Azərbaycan nümayəndə heyəti adından çıxış edərək maraqlı görüş və müzakirələrə görə təşəkkürünü bildirib.  

Qeyd edək ki, 12-17 dekabr tarixlərini əhatə edən səfərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar Konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndələri iştirak edirlər.

 

 


Digər xəbərlər