Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU və AKTA rəhbərliyi arasında görüş keçirilib

AzTU və AKTA rəhbərliyi arasında görüş keçirilib

24.02.2023     365     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov arasında görüş keçirilib. Görüşdə hər iki tərəfdən nümayəndələr iştirak edib.

“Cyberpoint”, “Simbrella”, “AzeRobot”, “PNetworks”, “Digital Umbrella” şirkətlərinin, “Azərbaycan Kibertəhlükəsizlik Platforması” nümayəndələrinin, habelə müvafiq ekspertlərin də qatıldığı görüşün əsas məqsədi AzTU və AKTA arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə real töhfə verə bilmək üçün birgə atılacaq addımların müzakirəsi olub.

Rektor Vilayət Vəliyev qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib və rəhbərlik etdiyi ali təhsil müəssisəsində müvafiq sahə üzrə son illərdə həyata keçirilən işlər, mütəxəssis hazırlığı, tədris proqramları, eləcə də Kibertəhlükəsizlik kafedrasının fəaliyyəti barədə məlumat verib.

AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan və yaxın gələcək üzrə hədəflərindən bəhs edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov universitetlərin fəaliyyətinin yaxından dəstəklənməsinin və beləliklə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Görüşdə AzTU və AKTA arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən universitetdə kibertəhlükəsizlik üzrə müvafiq infrastrukturun təkmilləşdirilməsi və laboratoriyaların formalaşdırılması, tədris proqramı və sillabusların inkişaf etdirilməsi, tədqiqatların genişləndirilməsi, əmək bazarı və sənaye ilə əlaqələrin gücləndirilməsi, birgə sertifikat proqramlarının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AKTA üzvləri tərəfindən qeyd olunan istiqamətlərlə yanaşı tələbələrə təcrübə və iş imkanlarının yaradılması istiqamətində də dəstək verilə biləcəyi diqqətə çatdırılıb. Həmçinin AKTA tərəfindən tədris və tədqiqat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xüsusilə də bu məqsədlə Türkiyə, İsrail və digər ölkələrin müvafiq ekspertlərinin tədris və təlim proseslərinə cəlb olunması istiqamətində də dəstək verilə biləcəyi qeyd olunub.

 


Digər xəbərlər