Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində Litvada Tədris və keyfiyyət təminatı üzrə komitənin işinin təşkili üzrə təlimlər keçirilib

ECAR layihəsi çərçivəsində Litvada Tədris və keyfiyyət təminatı üzrə komitənin işinin təşkili üzrə təlimlər keçirilib

28.03.2023     312     AzTU

1 (1)                                                        2 (1) 

 

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti təlimlər  Litvanın Vilnüs şəhərində təşkil olunub. 

Təlimlər Litvanın Mykolas Romeris Universitetinin ev sahibliyi ilə keçirilib.

Azərbaycanın 20-yə yaxın ali təhsil müəssisəsinin məsul şəxslərinin, Elm və Təhsil Nazirliyinin nümayəndəsinin qatıldığı, tədris və keyfiyyət təminatı üzrə Litva təcrübəsinin öyrənilməsi məqsədi daşıyan səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli və Yüksək Təhsil İnstitutunun direktoru İftixar Çələbi təmsil edib.

Səfər proqramı çərçivəsində Litva Rektorlar Konfransının, eləcə də Mykolas Romeris Universitetinin rəhbər şəxsləri tərəfindən Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli üzrə təqdimatlar həyata keçirilib.

Eyni zamanda təhsildə keyfiyyət təminatı məsələləri təlim proqramının digər mühüm istiqaməti olub. Mykolas Romeris Universitetinin keyfiyyət təminatı üzrə təcrübəli ekspertləri universitetin daxili keyfiyyət təminatı sistemi, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”a uyğunluq, tədris proqramının və ixtisas komitələrinin rolu, tələbə mərkəzli tədris, öyrənmə və qiymətləndirmə, Mykolas Romeris Universitetinin akademik heyətin idarəedilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzularda mövcud təcrübələrini bölüşərək məhsuldar fikir mübadilələri aparıblar.  Azərbaycan nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə də tanış olublar.

Yekunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov tərəfindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində yaradılmış Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib. İclasda komitənin fəaliyyət planı və həyata keçiriləcək layihələr üzrə müzakirələr aparılıb.

 

 


Digər xəbərlər