Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində növbəti təlimlər Polşada keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlimlər Polşada keçirilib

07.02.2023     268     AzTU

    1 (1)                         2 (1)                                                                          

Erasmus+ proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində növbəti təlimləri Polşada keçirilib.

Polşa Universitetlərinin Rektorlar Konfransının (CRASP) təşkil etdiyi təlimlərdə Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələri iştirak edib. Təlimdə Azərbaycan Texniki Universitetini (AzTU) tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli təmsil edib.

Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi məqsədilə təşkil olunan təlimlərin ilk iki günü  Kozminski Universitetində keçirilib. Burada universitetin ümumi inkişaf dayanıqlı inkişaf, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.

Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse-prezidenti Michał Zasada strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

Varşava Həyat Elmləri Universitetinin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəsi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda təlim-seminarlar keçirilib.

Təlim proqramı çərçivəsində Varşava Universitetinin əməkdaşı Şəhla Kazımova tərəfindən universitetdə Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği, elmi konfranslar və digər tədbirlər haqqında geniş təqdimat olub.

Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşüb.  Görüş zamanı xanım səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumat verib. Nərgiz Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini bildirib.

Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən BayramovaECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf üzrə komitənin İdarə Heyətinin sədri Araz Aslanlı ilə həyata keçirilən fəaliyyətlər və qarşıda duran mühüm tapşırıqlar, həmçinin komitənin gələcək fəaliyyət planı istiqamətində müzakirələr aparılıb.


Digər xəbərlər