Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində “Strateji insan resurslarının idarə olunması” tədris proqramının açılışı olub

ECAR layihəsi çərçivəsində “Strateji insan resurslarının idarə olunması” tədris proqramının açılışı olub

09.02.2023     339     AzTU

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" təlim proqramının açılış mərasimi keçirilib. Azərbaycan HR İnstitutu tərəfindən təşkil olunan təlim proqramında Azərbaycanın layihə tərəfdaşı olan 16 ali təhsil müəssisəsindən 18 nəfər iştirak edir. Məqsəd ali təhsil müəssisələrində insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsidir.

Tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) İnsan resursları departamentinin İş şöbəsinin müdiri Rəna Hətəmova təmsil edib.

Qeyd edək ki, Azərbaycan HR İnstitutunun təlimçisi Fəzilə Əsgərova tərəfindən keçiriləcək "Strateji insan resurslarının idarə olunması” təlim proqramı ümumilikdə 6 mövzunu (İstedadların cəlb olunması, HR əməliyyatlar, Öyrənmə və inkişaf, İstedadların idarə olunması, Ölçmə və analitika, Biznes liderlik ) əhatə edir.

 

 


Digər xəbərlər