Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər ECAR layihəsi çərçivəsində Tələbə və məzunlarla iş üzrə komitənin ilk iclası keçirilib

ECAR layihəsi çərçivəsində Tələbə və məzunlarla iş üzrə komitənin ilk iclası keçirilib

21.02.2023     223     AzTU

                  1 (1)                                                              Erasmus+ proqramı üzrə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Tələbə və məzunlarla iş üzrə komitənin ilk iclası keçirilib.

Onlayn təşkil olunan iclasda Azərbaycan Texniki Universitetini (AzTU) Karyera və məşğulluq mərkəzinin müdiri Elnur Rüstəmov və Tədris hissəsinin nəzdində Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Tuti Abdullayeva təmsil edib.

Görüş zamanı müzakirə olunan əsas mövzular komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, sədrliyə namizədliklə bağlı tələblər, həmçinin idarə heyəti və sədrin seçilməsi qaydaları olub.

İclasın gedişində qeyd olunan məsələlərlə bağlı tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.  

Daha sonra İdarə Heyətinin sədri vəzifəsinin tutulması üçün 3 nəfərin namizədliyi irəli sürülüb.

65 faiz səs çoxluğu ilə Bakı Biznes Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov İdarə Heyətinin sədri seçilib.

Növbəti mərhələdə sədr müavini vəzifəsinin tutulması üçün səsververmə keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəmiləlləşmə, Tədris işləri və keyfiyyət təminatı, Elmi işlər, Strateji inkişaf və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

 

                                                                                                                                                                                                                               

 


Digər xəbərlər