Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Əməkdar müəllim Gülşən Rzayevanın yubileyi qeyd olunub

Əməkdar müəllim Gülşən Rzayevanın yubileyi qeyd olunub

27.02.2023     435     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Humanitar fənlər kafedrasının dosenti, əməkdar müəllim Gülşən Rzayevanı yubileyi ilə əlaqədar qəbul edib.

Görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin, Humanitar fənlər kafedrasının və universitetin Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları iştirak edib. Rektor bildirib ki, Gülşən Rzayeva 15 ildir AzTU-da pedaqoji fəaliyyətlə məşğul olur. Onun elmi məqalələri təkcə ölkəmizdə deyil, həmçinin Rusiya, Qazaxstan və Gürcüstanın elmi jurnallarında nəşr olunub. Gülşən Rzayevanın gənc müəllimlərin peşəkarlıq potensialının artırılmasında göstərdiyi xidmətləri xüsusi vurğulanıb.

Rektor Gülşən Rzayevanı yubileyi və AzTU-da fəaliyyətinin 15 illiyi münasibətilə təbrik edib.

Öz növbəsində Gülşən Rzayeva ona göstərilən diqqətə görə təşəkkür edib.

 


Digər xəbərlər