Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər IELTS imtahanına təşviqlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

IELTS imtahanına təşviqlə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

28.10.2022     518     AzTU

Oktyabrın 28-də Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Texniki Universiteti (AzTU) arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Muxtar Məmmədov ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. Nazir müavini qeyd edib ki, bu, keyfiyyətli elmi məqalələrin yazılması, dövlətlərarası önəmli akademik layihələrdə fəal iştirakın təmin edilməsi, elmi-pedaqoji heyətin qabaqcıl ölkələrin təcrübəsindən yararlanması və nəticədə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” komponenti üzrə nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına xidmət edəcək.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov fondun ümumi fəaliyyəti, strateji hədəfləri, həmçinin tamamlanma mərhələsində olan digər təşəbbüsləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Elnur Nəsibov bu layihənin fondun ali təhsil müəssisələri ilə tərəfdaşlıq, elmi jurnal, nəşr və dərsliklərin hazırlanmasında universitetlərə dəstək və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün əhəmiyyətli komponent olduğunu bildirib. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova çıxışında hazırkı dövrdə elm və təhsilin inkişafında xarici dil biliklərinin, xüsusilə, ingilis dilinin önəmli olduğunu qeyd edib. Ülkər Səttarova əlavə edib ki, layihənin başlıca məqsədi məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin bu dili mənimsəməsi üçün əlverişli şəraitin yaradılmasıdır. 

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva çıxış edərək Şuranın Azərbaycandakı 30 illik fəaliyyəti ərzində həyata keçirdiyi proqramlar və əldə etdiyi uğurlar barədə qonaqları məlumatlandırıb.  

Sonra layihənin benefisiar qurumlarından olan AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edib. Rektor əməkdaşlıq müqaviləsinin universitetlər üçün əhəmiyyətindən danışıb. 

 Qeyd edək ki, sözügedən layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanması planlaşdırılır.

 


Digər xəbərlər