Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər IQAinAR layihəsi çərçivəsində İspaniyada təlimlər keçirilib

IQAinAR layihəsi çərçivəsində İspaniyada təlimlər keçirilib

21.11.2023     259     AzTU

“Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində İspaniyanın Mursiya şəhərində təlimlər təşkil olunub. Təlimlər layihənin tərəfdaşı Mursiya Katolik Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilib.    

Təlimlərin proqramı çərçivəsində Azərbaycan universitetlərində də tətbiqi nəzərdə tutulan keyfiyyətə nəzarət siyasəti, institusional səviyyədə həyata keçiriləcək fəaliyyətlər, layihənin qarşısında duran tapşırıqlar müzakirə olunub, keyfiyyət meyarlarının pilot olaraq sınaqdan keçirilməsi tövsiyə edilib.  

Açılış mərasimində layihənin koordinatoru Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru Maggie Feng, Mursiya Katolik Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Pablo Blesa Aledo və beynəlmiləlləşmə üzrə fakültə koordinatoru, tədqiqatçı və lektor Katrin Schuette salamlama nitqi ilə çıxış edib və layihənin benefisiar universietelərə töhfələri barədə danışıblar.

Səfərdə AzTU-nu beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və mübadilə üzrə qrup rəhbəri Mənzər Məmmədli, Tədris şöbəsinin müdiri Sevda Hacıbəyova və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva təmsil ediblər.

Təlimlər çərçivəsində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov İspaniyanın televiziya kanalına AzTU-da görülən işlər haqqında müsahibə verib və IQAinAR layihəsi barədə gözləntilərini diqqətə çatdırıb.


Digər xəbərlər