Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər LMQS layihəsi çərçivəsində növbəti menecment görüşü Qazaxıstanda keçirilib

LMQS layihəsi çərçivəsində növbəti menecment görüşü Qazaxıstanda keçirilib

29.03.2023     256     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib.

Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı ilə keçirilən menecment görüşü Qazaxstanın Almatı şəhərində təşkil olunub.  

Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi ilə keçirilən görüşdə AzTU-nu layihənin koordinatoru, professor Həsən Hüseynov təmsil edib.

Görüş zamanı bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar üzrə hazırlanan peşə kartlarının vəziyyəti, bu ixtisaslarda  tədrisə cəlb olunmuş akademik heyətin Qərbi Attika Universitetində təkmilləşdirmə kurslarında iştirakı, tərəfdaş universitetlərdə reallaşdırılmış proqramlar, əldə edilən nəticələr, layihə çərçivəsində universitetlərdə qurulan infrastruktur və digər məsələlər müzakirə olunub.

Bundan başqa, Qərbi Attika Universitetinin təklif etdiyi ikili diplom layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. 


Digər xəbərlər