Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib

"Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib

15.05.2023     235     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) və “Prestij-S” tədris mərkəzinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı məntiq olimpiadasının mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva olimpiada qaliblərini təbrik edib. Bildirib ki, belə olimpiadaların keçirilməsi tələbələrin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, onların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyətə malikdir. Nərmin Rzayeva məntiq olimpiadalarının universitetdə mütəmadi təşkil ediləcəyini də diqqətə çatdırıb.

Daha sonra “Prestij-S” tədris mərkəzinin direktoru Samid Səfərov çıxış edərək təbriklərini çatdırıb və olimpiadanın qaliblərinin adlarını açıqlayıb.

Nəticələrə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Əkrəm Məlikov 1-ci, Energetika və avtomatika fakültəsinin tələbəsi Tofiq Nəsibli 2-ci, Maşınqayırma və robototexnika fakültəsinin tələbəsi Vüsal Şaməmmədli isə 3-cü yerə layiq görülüb.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, olimpiadada uğurlu nəticə göstərən ilk 100 yerin sahibinə və könüllülərə sertifikat təqdim olunub.


Digər xəbərlər