Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin hesabatı dinlənilib

Təhsil Nazirliyinin qrant müsabiqəsi üzrə AzTU-nun qalib olduğu layihənin hesabatı dinlənilib

22.04.2022     267     Arxiv

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi üzrə Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsinin hesabatı dinlənilib.

Onlayn keçirilən görüşdə təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Elm, ali, orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi  Vusalə Qurbanova, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərinin icraçısı, baş məsləhətçi Vüsalə Əliyeva, mütəxəssis Ruziyyə Məmmədzadə, eləcə də AzTU-nun layihə üzrə işçi heyəti iştirak edib.

AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov təqdimatla çıxış edərək layihədə nəzərdə tutulan tapşırıqlar, komponentlər üzrə fəaliyyətlərin icra vəziyyəti, nailiyyətlər və risklər haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində professor-müəllim heyətinin elmi potensialını artırmaq məqsədilə 12 nəfər xarici ölkələrin qabaqcıl universitetlərində təcrübə mübadiləsində iştirak edəcək və tədqiqatlara cəlb olunacaqlar.

Daha sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev layihə çərçivəsində icra edilən universitetin elektron təhsil platformasının funksionallıqları, işlənmə vəziyyəti və tamamlanma müddəti barədə təqdimatla çıxış edib.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov layihə icraçılarına icra müddətində və hesabatlılıqda nəzərə almalı olduqları məsələləri qeyd edib.

Görüş sual-cavab formatında davam etdirilib.

Qeyd edək ki, layihə çərçivəsində növbəti hesabatlılıq görüşünün mayın sonunda keçirilməsi nəzərdə tutulur. Layihə üzrə görüləcək işlərin 1 sentyabr tarixinə kimi yekunlaşdırılması planlaşdırılır.

 


Digər xəbərlər