Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

TVİNNİNQ layihəsinin xarici ekspertləri AzTU-da növbəti toplantı keçiriblər

23.02.2017     213     Arxiv

TVİNNİNQ layihəsinin xarici ekspertləri fevralın 23-də Azərbaycan Texniki Universiteti tərəfindən layihədə iştirak edən nümayəndələr ilə görüşüblər. Ekspertləri əvvəlcə universitetin rektor əvəzi Xalıq Yahudov qəbul edib və universitetdə layihə üzrə görülən işlərə görə onlara təşəkkür edib.

Görüşdə  əsasən universitetdə qiymətləndirmə qrupunun yaradılması, idarəetmə, strateji planlaşdırma, insan resursları və tədqiqat fəaliyyəti üzrə  görülən işlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə  TVİNNİNQ layihəsini Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Agentlik həyata  keçirir.

              

               




Digər xəbərlər