Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli və qanlı cinayət hadisələrindən biridir

Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli və qanlı cinayət hadisələrindən biridir

24.02.2023     387     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU), “Böyük Qayıdış” Gənclər Təşkilatı, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və Milli Kino Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan “Xocalı yaddaşı” adlı tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə AzTU-nun tələbəsi olmuş, Milli Qəhrəman, Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Rövşən Əliyev haqqında videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli bildirib ki, Xocalı soyqırımından 31 il keçsə də faciənin yaşatdığı ağrılar heç zaman sağalmayacaq. Bu faciə bəşəriyyətin ən dəhşətli və qanlı cinayət hadisələrindən biridir.

“44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə yazıldı, şəhidlərimizin qanı yerdə qalmadı. Hər birimiz bundan sonra da xalqımızın başına gətirilən faciələrin unudulmaması, tariximizin saxtalaşdırılmaması üçün çalışmalıyıq”- deyə Nurəli Yusifbəyli bildirib.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü Orduxan Qəhrəmanzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Əliyeva və digərləri Xocalı faciəsinin dəhşətlərindən, ermənilərin dinc əhaliyə qarşı amansız divan tutmasından, Xocalı şəhərinin bir gecədə məhv edilməsindən danışıblar. Qeyd olunub ki, mülki əhaliyə qarşı soyqırımlar törətmək bütün dövrlərdə Ermənistanın  dövlət siyasətinin tərkib hissəsi olub. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, faciəyə hüquqi qiymət verilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.


Digər xəbərlər