Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Layihələr



ERASMUS + proqramı KA2 profili No. 618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP

ERASMUS + proqramı KA2 profili No. 618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP


Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri hazırlığı (LMQSante)

Layihənin internet səhifəsi: https://www.lmqs.eu/

Layihənin icra müddəti:

Başlama tarixi : 15/11/2020

Bitmə tarixi: 14/11/2023

Davam etmə müddəti: 36ay

Layihənin məqsədi: Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda sağlamlığın qorunması sisteminin inkişafına dəstək göstərmək və tibbi yardımın keyfiyyət təminatının təşkili və idarə olunması üzrə mütəxəssis hazırlığının mobilliyini artırmaqla tibbi strukturlar üçün vacib olan kompetensiyaları təmin edə biləcək akademik proqram və peşə hazırlığı proqramının tətbiqidir.

Qısa təsviri: Beynəlxalq səviyyədə sağlamlığın qorunması əhalinin başlıca problemi olaraq qalır. Dörd tərəfdaş ölkənin hər birinin dövlət proqramları və strateji siyasəti səhiyyə sektorunun inkişafında sanitar təhlükəsizliyi və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsini stimullaşdırır və keyfiyyətin səhiyyənin inkişafında başlıca stabilləşdirici amil olmasını təbliğ edir. Səhiyyədə keyfiyyətin təmini və riskin idarə olunması strategiyası üzrə mütəxəssislərin universitet hazırlığına böyük ehtiyac vardır. Mütəxəssislərin elm və texnologiyanın ən son nailiyyətlərinə adaptasiya oluna bilməsı üçün fasiləsiz peşə hazırlığı həyata keçirməyə qadir olan akademik və peşəkar işçilərə də böyük ehtiyac yaranmışdır. Bu məqsədlə LMQsante layihəsi bütün hədəf sahələr üzrə təlabatları ödəməyə qadir olan təhsil proqramları təklif edir. Layihədə səhiyyə strukturları və müəssisələri üçün vacib olan kompetensiyaların aşılanmasına qadir olan təhsil mexanizmlərini səfərbər etmək, səhiyyə strukturları və təşkilatları üçün vacib tədbirləri, akademik proqramları və peşə hazırlığı proqramlarını reallaşdırmaq nəzərdə tutulur.

Layihə, Təhsil nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən olan, təhsil proqramlarının Boloniya prosesinə uyğun olaraq yenilənməsini əhatə edir. Layihədə həlli nəzərdə tutulan məsələlər, həmçinin təhsil prosesinin peşə yönümü səhiyyə müəssisələrinin və əmək bazarının ehtiyaclarının təmin olunmasına istiqamətləndirməyə çalışan tərəfdaş universitetlərin fəaliyyətinin prioritet istiqamətləri sırasına daxildir.

Təqdim olunan layihə əhalinin sağlamlağının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində Avropa siyasətini dəsdəkləyir.

Layihə üzrə yerli partnyorlar:
1. Azərbaycan Texniki Universiteti (Biotibbi texnologiya mühəndisliyi)
2. İ.M.Seçenov ad.Moskva Birinci Tibb Universitetinin Bakı filialı
3. Naxçıvan Dövlət Universiteti(Tibb fakultəsi)
4. Nüvə Təbabəti Mərkəzi

Layihə üzrə xarici partnyorlar:
1. Qərbi Attika Universiteti (GR-Yunanıstan)- Əsas Koordinator
2. Afina Universiteti (GR-Yunanıstan )
3. Nice Mavi sahillər Universiteti (Sofia-Antipolis)(FR)
4. Cluj Tibb və Əczaçılıq Universiteti (RO-Rumınya)

Layihənin təqdimatı:
https://drive.google.com/file/d/16qEC700XpWbirxuITUsEpEAJ3LH-3fA5/view

YGEIA-AZERBAITZAN