Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-da patent üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur

AzTU-da patent üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur

2024-03-15
233

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinə patent üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Əmək funksiyaları:

· Patentlərin və faydalı modellərin yeniliyini sistemdə yoxlamaq;

· Patent hazırlanmaslnda müəlliflərə kömək etmək, bütün hesabatları hazırlamaq;

· Patent müraciətləri prosesini idarə etmək, Əqli Mülkiyyət Agentliyi ilə daim əlaqədə olmaq.

Tələblər:

· Ali təhsil;
· Minimum 3 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
· Dil bilikləri: rus dili ( əlavə dil biliyi arzuolunandır);
· Patent qanunları və təsnifatları haqqında biliklər;
· Güclü təhlil və tədqiqat bacarıqları;
· Patent axtarışı və təhlil alətlərində bacarıq.

Əlavə məlumatlar:
İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini “Patent üzrə böyük mütəxəssis”başlığı ilə cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 30.03.2024