Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar AzTU-ya bərpa olunmaq istəyənlərin nəzərinə!

AzTU-ya bərpa olunmaq istəyənlərin nəzərinə!

2024-01-16
214

Akademik məzuniyyətdən qayıtmış, xaric olmuş şəxslərin AzTU-ya bərpası üçün ərizə qəbulu aparılır.

Ərizələrin qəbulu 31.01.2024-cü il tarixinədək həyata keçiriləcək.

Tələb olunan sənədlər:

- Rektorun adına ərizə (fakültə, ixtisas, təhsil ili, xaric olma tarixi, əlaqə nömrəsi dəqiq göstərilməklə);

- Şəxsiyyət vəsiqəsinin surəti ( soyad dəyişdirildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti əlavə olunmalıdır);

- Hərbi biletin surəti;

- Ödəmə qəbzinin surəti (təhsil haqqı borcu olanlar üçün).

Əlaqə nömrəsi: (+99412) 538 33 83

QEYD: “Ali Təhsil müəssisələrinin bakalavriat və magistratura səviyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanları köçürülməsi, xaric edilməsi, bərpa olmunması və akademik məzuniyyət götürülməsinə dair QAYDALAR”a əsasən xaric olanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.