Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində Bursa Texniki Universitetində mühazirə demək istəyən akademik heyətin nəzərinə!

“Erasmus+” çərçivəsində Bursa Texniki Universitetində mühazirə demək istəyən akademik heyətin nəzərinə!

2024-03-14
219

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Bursa Texniki Universitetində (BTU) 2023/2024 tədris ilinin yaz semestrində 1 həftəlik dərs demək üçün müraciət edə bilər.

Qeyd edək ki, mübadiləyə mexanika mühəndisliyi və metallurgiya və material mühəndisliyi istiqamətləri üzrə yalnız 1 yer ayrılıb. 

Tələb olunan sənədlər:

- Ərizə forması (Application Form)

- CV

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi)

Mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq. Seçim zamanı müvafiq istiqamətlər üzrə müraciət etmiş AzTU-nun tam ştatlı akademik heyətinə və ingilis dili biliyini təsdiqləyən sertifikat təqdim edənlərə üstünlük veriləcək (Sertifikat təqdim edilmədiyi təqdirdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq). 

Müraciət üçün son tarix: 01.04.2024

Ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.

E-mail: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48