Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində İtaliyada bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

“Erasmus+” çərçivəsində İtaliyada bir semestr təhsil almaq istəyənlərin nəzərinə!

2024-03-28
1652

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavr və magistr tələbələri “Erasmus+” mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetində 2024/2025 tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.  

Qeyd edək ki, Roma Sapienza Universitetində tədris italyan və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

- AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) və ya magistr (1-ci kurs) tələbəsi olmaq;

- Ərizə forması (Application Form);

- Transkript (ÜOMG bakalavr üçün minimum 75 bal, magistr üçün 85 bal);

- İngilis və ya italyan dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

· IELTS sertifikatı olanlara seçim zamanı üstünlük veriləcək.

· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq. 

Müraciət üçün son tarix: 07.04.2024 

Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.

E-mail: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48