Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar “Erasmus+” çərçivəsində Tokat Qaziosmanpaşa Universitetində mühazirə demək istəyən akademik heyətin nəzərinə!

“Erasmus+” çərçivəsində Tokat Qaziosmanpaşa Universitetində mühazirə demək istəyən akademik heyətin nəzərinə!

2024-03-15
155

Azərbaycan Texniki Universitetinin (AzTU) akademik heyəti “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Tokat Qaziosmanpaşa Universitetində (TOGÜ) 2023/2024 tədris ilinin yaz semestrində 1 həftəlik dərs demək üçün müraciət edə bilər.

Qeyd edək ki, mübadiləyə TOGÜ-yə tərəfdaş Azərbaycan universitetlərinə iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə yalnız 2 yer ayrılıb. 

Tələb olunan sənədlər:

- Ərizə forması (Application Form)

- CV

- İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi) 

Mübadilə proqramında iştirak etmək istəyən müəllimlərdən tələb olunan sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına mövzu hissəsində müraciət etdikləri universitetin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq. Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə müsahibə təşkil olunacaq. 

Onu da bildirək ki, mübadiləyə seçilmiş şəxslərin 20-25 may tarixlərində TOGÜ tərəfindən keçiriləcək 3-cü Beynəlxalq Heyət Həftəsində iştirakı nəzərdə tutulub. 

Müraciət üçün son tarix: 24.03.2024 

Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq) yaxınlaşa bilərsiniz.

E-mail: erasmus@aztu.edu.az

Tel: (+994 12) 539 13 48