Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Magistratura səviyyəsində payız semestri üzrə müəllimlərin işə qəbulunun vaxtı uzadıldı

Magistratura səviyyəsində payız semestri üzrə müəllimlərin işə qəbulunun vaxtı uzadıldı

2023-07-25
344

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun magistratura səviyyəsində 2023/2024-cü tədris ilinin payız semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan, rus və ingilis bölməsi üçün müvafiq sahədə ali təhsili və sənayedə təcrübəsi olan mütəxəssislərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Fənlərin siyahısı

Tələblər:

· Tədris olunacaq fənlərin aid olduğu sahələrdə ən azı magistr dərəcəsinin olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Ən azı 3 illik sənaye təcrübəsinin olması;

· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər 

Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan  nümunəyə uyğun sillabus hazırlayıb  shahin.mashayev@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidir. İngilis (rus) dilində tədris etmək istəyən namizədlər iddia etdikləri fənn yaxud fənlərin sillabuslarını nümunəyə uyğun ingilis (rus) dilində təqdim etməlidir.

Müraciət üçün son tarix: 31 iyul saat 18:00

Sillabus-Az

Syllabus-Eng