Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar MBA proqramı çərçivəsində payız semestri üzrə müəllimlərin işə qəbulunun vaxtı uzadıldı

MBA proqramı çərçivəsində payız semestri üzrə müəllimlərin işə qəbulunun vaxtı uzadıldı

2023-07-25
311

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun MBA proqramı çərçivəsində 2023/2024-cü tədris ilinin payız semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan və ingilis bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Fənlərin siyahısı

Tələblər:

· İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər. 

Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan  nümunəyə uyğun sillabus hazırlayıb  fariz.mammadov@aztu.edu.az elektron ünvanına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidir. İngilis dilində tədris etmək istəyən namizədlər iddia etdikləri fənn yaxud fənlərin sillabuslarını nümunəyə uyğun ingilis dilində təqdim etməlidir.

Müraciət üçün son tarix: 31 iyul saat 18:00

Sillabus-Az

Syllabus-Eng