Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar "Yanındayıq" mentorluq proqramına start verildi

"Yanındayıq" mentorluq proqramına start verildi

2024-02-29
106

Gələcək üçün zəkalar yetişdirib, onların yanında olmaq istəyirsiz?

O zaman sizə "hə, əlbəttə istəyirəm” deyəcəyiniz təkliflə gəlmişik!

Azərbaycan Texniki Universitetinin və “SmartNation” platformasının birgə təşkilatçılıqla həyata keçirdiyi "Yanındayıq" mentorluq proqramına start verildi.

Əgər siz də seçilmiş xüsusi real istiqamətlər üzrə mentorluq sahəsində bilik və bacarıqlarınızı inkişaf etdirmək, tələbələri gələcəyə hazırlayıb onlara xüsusi seçilmiş istiqamətlərdə mentor kimi real karyera dəstəyi göstərmək istəyirsinizsə "Yanındayıq" mentorluq proqramı məhz sizin üçündür.

Mentorluq proqramına kimlər qoşula bilər?

Ölkəsini sevib, onun gənclərinin “gələcəyin zəkası” kimi yetişməsinə həvəsli olan,

İnnovativ düşüncə tərzinə sahib, yeniliklərə açıq,

Layihə idarəetməsi, mentorluq-təlimçilik sahəsinə marağı olan,

Kommunikasiya, öyrətmə, liderlik bacarıqları yüksək olan,

Texniki ekspertiza bacarıqları olan.

Proqram müddətində 3 istiqamət üzrə mentorluq dəstəyi göstəriləcək:

Mentorluq bacarıqlarınızın inkişafı;

Yumşaq bacarıqlar (tələbələrlə müasir iş dünyasının tələbi olan bacarıqların formalaşması istiqamətində iş);

Texniki bacarıqlar (texniki mentorların dəstəyi ilə nəzəri və praktiki tapşırıqların və araşdırma işlərinin aparılması).

Mentor kimi yetişdikdən sonra mentorluq xidmətiniz ödənişli olacaq. Yalnız seçilən namizədlər müsahibə zamanı müzakirə əsasında müəyyən ediləcək.

Proqram müddəti: 3 ay

Proqrama müraciət üçün qeydiyyatdan keçməyiniz vacibdir.

Qeydiyyat linki: https://forms.gle/6kccxnb8iw28ixTy9

Müraciət üçün son tarix: 15.03.2024

Ünvan: Azərbaycan Texniki Universiteti