Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Magistratura və doktorantura şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir

Magistratura və doktorantura şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir

2024-04-19
665

Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun Magistratura və doktorantura şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir.

 Tələblər:

· Ali təhsil (magistr dərəcəsi);

· Ali təhsil sahəsində minimum 1 il iş təcrübəsi;

· Ali təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;

· Analitik və tənqidi düşünmə bacarığı;

· Komanda ilə işləmək bacarığı;

· Yeniliyə və peşəkar inkişafa açıqlıq;

· “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;

· Müstəqil tədqiqat bacarıqları;

· Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

· İngilis dilində şifahi və yazılı ünsiyyət bacarığı (minimum IELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikat);

· Rus dili və ya digər dillər üzrə biliyi arzuolunandır.

 Əmək funksiyaları:

· Magistratura səviyyəsi üzrə tədris yüklərinin hazırlanması;

· Dərs cədvəllərinin, auditor və laborator təlimlərin (nəzəri və praktiki) təşkili cədvəllərinin hazırlanması;

· Tədris prosesinin təşkil olunması və prosesə nəzarət edilməsi;

· Magistr və doktorant tələbələrin məlumat bazasının yenilənməsi və ona nəzarət;

· Magistr və doktorantların sənədlərinin toplanması, arxivləndirilməsi və onlara nəzarət;

· Şöbənin fəaliyyətinə aid sənədlərin hazırlanması;

· Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi. 

Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 13.05.2024