Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Elanlar


Ana səhifə Elanlar Magistratura və doktorantura şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul elan olunur

Magistratura və doktorantura şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul elan olunur

2024-04-19
739

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun Magistratura və doktorantura şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul elan olunur.

Tələblər:

· Ali təhsil;

· Ali təhsil sahəsində iş təcrübəsi arzuolunandır;

· Ali təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;

· Rəsmi sənədlərlə işləmək təcrübəsi (arzuolunandır);

· Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);

· “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;

· İntizamlılıq və tez öyrənmə bacarığı;

· Məqsədyönlülük və əzmkarlıq;

· Ünsiyyətqurma bacarığı;

· Komandada işləmək bacarığı.

 Əmək funksiyaları:

· Doktorant tələbələrin məlumat bazasının yenilənməsi və ona nəzarət;

· Doktorantların sənədlərinin toplanması, arxivləndirilməsi və onlara nəzarət;

· Şöbənin fəaliyyətinə aid sənədlərin hazırlanması;

· Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Maraqlanan şəxslər CV və diplomun surətini cv@aztu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 13.05.2024