Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Avtopanın klaster təcrübəsinə həsr olunmuş onlayın işçi görüşü keçirilib

Avtopanın klaster təcrübəsinə həsr olunmuş onlayın işçi görüşü keçirilib

17.06.2020     199     Arxiv

Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu ERASMUS + KA2 proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda  universitetlərin potensialının artırılması” layihəsi  (UniClaD) çərçivəsində Avropanın klaster təcrübəsi ilə tanışlığa həsr olunmuş növbəti onlayn işçi görüş keçirilib.

İşçi görüşdə layihə çərçivəsində Avstriya, İtaliya və İspaniya tərəfdaşlarının klaster təcrübələri, milli klaster modelləri, onların fəaliyyət istiqamətləri və tərəfdaşların klasterlərin fəaliyyətində iştirakları haqqında ətraflı məlumat verilib.

Onlayn işçi görüşdə AzTU-dan Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov, Tədqiqat və inkişaf şöbəsinin müdiri, dosent Mərziyyə Ağayeva, Layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva və Beynəlxalq qrant və layihələr üzrə mütəxəssis Mənzər Kazımova iştirak edib.   


Digər xəbərlər