Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər “Azərbaycanda rektorlar konfransının yaradılması” layihəsinin monitorinqi keçirilib

“Azərbaycanda rektorlar konfransının yaradılması” layihəsinin monitorinqi keçirilib

20.10.2021     130     Arxiv

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi aparılıb. Monitorinq Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərliyi ilə keçirilib. 

Monitorinqdə Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva iştirak edib.

Layihənin koordinatoru Bakı Biznes Universitetinin nümayəndəsi Gülşən Bayramova layihə üzrə həyata keçirilən işlər barədə məlumat verib. 

Tədbirdə tərəfdaşlar layihənin icrası ilə bağlı yaranan çətinliklər, risklər və həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Monitorinq sual-cavab formatında davam etdirilib.


Digər xəbərlər