Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da keçirilən Beynəlxalq elmi-texniki konfrans yekunlaşdı

AzTU-da keçirilən Beynəlxalq elmi-texniki konfrans yekunlaşdı

25.11.2016     353     Arxiv

Azərbaycan Texniki Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda noyabrın  23-də başlayan Beynəlxalq elmi-texniki konfrans noyabrın  25-də yekunlaşıb.

Bölmə iclasları qurtardıqdan sonra yekun toplantısı keçirən rektor əvəzi Xalıq Yahudov bildirib ki, konfransda informasiya və kommunikasiya texnologiyaları sahəsinə aid son dərəcə aktual məsələlər müzakirə olunub.

Daha sonra Universitetin elm və texnika üzrə prorektoru İlham Pirməmmədov konfransın uğurlarından danışaraq qeyd edib ki, 6 bölmə üzrə  təşkil olunan konfransa 160 məqalə təqdim olunub. Prorektor bölmə iclaslarını izlədiyini bildirib və iclaslarda məruzələrin maraqla dinlənildiyini vurğulayıb.

Tədbirdə bölmə iclası rəhbərlərinin hesabatları dinlənilib.

Sonda X.Yahudov Beynəlxalq konfransın uğurlu keçirilməsinə görə təşkilat komitəsinə öz təşəkkürünü bildirib və onlara sertifikatlar təqdim edib.

               



Digər xəbərlər