Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da TİT Əlavə Təhsil Mərkəzinin təqdimatı keçirilib

AzTU-da TİT Əlavə Təhsil Mərkəzinin təqdimatı keçirilib

19.04.2017     312     Arxiv

 

Təhsildə İnnovativ Texnologiyalar  (TİT) Əlavə Təhsil Mərkəzinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə görüşüb. Qonaqları tələbələrə təqdim edən AzTU-nun prorektoru İsa Xəlilov son illər universitetdə İKT ilə bağlı həyata keçirilən layihələrdən danışıb. Prorektor bu sahədə Koreya şirkətləri ilə əlaqələrə diqqət çəkərək AzTU-da elektron universitet üçün əlverişli baza formalaşdığını qeyd edib. İsa Xəlilov dünyada informasiya texnologiyaları ilə bağlı baş verən sürətli dəyişiklikləri əsas göstərərək bu sahədə tələbələrin daha dərin biliklərə sahib olmasının mühümlüyünü diqqətə çatdırıb.

Daha sonra TİT Əlavə Təhsil Mərkəzinin nümayəndələri Nilufər Rəhimova və İlkin İsayev çıxış edərək təmsil etdikləri şirkət haqqında geniş məlumat veriblər. Qonaqlar tələbələrə bildiriblər ki, TİT Əlavə Təhsil Mərkəzi Cisco Şəbəkə Akademiyasının Azərbaycandakı rəsmi distribüteridir. Bu da Mərkəzdə təşkil olunan təlimlərdə, kurslarda iştirak edən tələbələrə ölkə ərazisində tam tanınan sertifikat əldə etməyə imkan verir. Bundan əlavə, Mərkəzin təlimlərində iştirak edən tələbələr beynəlxalq sertifikat əldə etmək üçün müsabiqəyə qatılma şansı da eldə edirlər.

Görüşdə həmçinin AzTU tələbələrinin son illər İKT sahəsində əldə etdiyi uğurlar haqqında da danışılıb. Qeyd olunub ki, ölkədə İKT ilə bağlı təşkil olunan bütün müsabiqələrdə AzTU tələbələri aktiv iştirakları və innovativ bilikləri ilə yadda qalırlar. 

Sonda tələbələri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

                  

                

 

 


Digər xəbərlər